Azərbaycanın daha bir güləşçisi gümüş medal qazandı

Azərbaycanın daha bir güləşçisi gümüş medal qazandı

Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında final görüşünə çıxıb.

 

“Report”un məlumatına görə, 60 kq çəki dərəcəsində yer alan idmançı qızıl medal uğrunda qarşılaşmada türkiyəli Kerem Kamalla qarşılaşıb. Rəqibinə 0:8 hesabı ilə uduzan Məmmədli ikinci yerlə kifayətlənib.

 

Rəqib qələbəsini Azərbaycan və Türkiyə bayraqları ilə döşək üzərində dövrə vuraraq qeyd edib.

 

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Nihad Quluzadə (55 kq) gümüş medala sahib çıxıb.

Mənbə

Share: