Azərbaycanın daxili və xarici dövlət borcu açıqlandı

Azərbaycanın daxili və xarici dövlət borcu açıqlandı

Xarici borclanma hesabına icrası davam etdirilən layihələr çərçivəsində vəsaitin istifadəsi üzrə təqdim edilmiş operativ məlumatlar və xarici dövlət borcu üzrə əsas borc ödənişləri nəzərə alınmaqla, 2025-ci il 1 iyul tarixinə xarici dövlət borcunun səviyyəsi 5010,7 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Millətin Səsi.az Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Qeyd edilib ki, daxili dövlət borcunun səviyyəsi 2025-ci il 1 iyul tarixinə 17177,4 milyon manat və cari il üzrə proqnozlaşdırılan ÜDM-in 13,1 faizini təşkil edib.

2025-ci ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 2399,6 milyon manat məbləğində xərclər nəzərdə tutulub.

Operativ məlumatlara əsasən, cari ilin birinci yarısında dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən daxili dövlət borcu üzrə 328,7 milyon manat (faiz borcu üzrə), xarici dövlət borcu üzrə 698,8 milyon manat olmaqla (əsas borc üzrə 498,5 milyon manat, faiz borcu üzrə 200,3 milyon manat), ümumilikdə 1027,5 milyon manatın ödənilməsi təmin edilib.

Share: