Azərbaycanın Fransadakı səfirliyinə basqın edən erməninin məhkəməsinin vaxtı məlum olub

Ötən ay Azərbaycanın Parisdəki səfirliyinə hücum edən radikal erməni qruplaşmasının üzvü Loris Tufanyanın məhkəmə prosesinin vaxtı bəlli olub.

 

Bu barədə “Charjoum” erməni hərəkatı öz “İnstagram” səhifəsində məlumat verib.

 

Bildirilib ki, Loris Tufanyanın məhkəməsi iyunun 23-də baş tutacaq.

 

Qeyd edək ki, ötən ay radikal erməni qruplaşmasının üzvü Loris Tufanyan Azərbaycanın Parisdəki səfirliyinə hücum edib. O, bununla bağlı iki fakt üzrə cinayət məsuliyyətinə cəlb edilib.

 

Səfirliyin binasına zorla daxil olmağa cəhd etmək və səfirlik əməkdaşının həyatını riskə atmaq maddələri üzrə ittiham edilib.

 

Mənbə

Share: