Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Türkiyəyə səfərə gedib.
O, qardaş ölkənin çevrə, şəhərçilik və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki ilə görüşüb.
Görüşdə Azərbaycanın Kahramanmaraş şəhərində inşa edəcəyi mənzillərlə bağlı məsələlər müzakirə olunub.
M.Özhaseki səfərə və dəstəyə görə A.Quliyevə təşəkkür edib.
O bildirib ki, Türkiyə və Azərbaycan “bir millət, iki dövlət” şüarı ilə çiyin-çiyinə olmağa davam edəcək.