“Azərbaycanın müstəqillik tarixi”nə həsr olunan panel keçirildi

Naxçıvanda keçirilən “Heydər Əliyev – 100” Diaspor Gənclərinin IV Yay Düşərgəsinin növbəti paneli “Azərbaycanın müstəqillik tarixi”nə həsr olunub.

 

Modern.az xəbər verir ki, panelin qonaqları AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı Solmaz Tohidi-Rüstəmova, İrəvan xanlığının Almaniyada yaşayan varisi Əmir Əli Sərdari İrəvani və tanınmış almaniyalı alim, nəsimişünas Mixael Hess olub.

 

Solmaz Tohidi-Rüstəmova “Azərbaycançılıq ideologiyası: Məhəmməd Əmin Rəsulzadədən Heydər Əliyevə”, Əmir Əli Sərdari İrəvani “İrəvan xanlığının tarixi”, Mixael Hess isə “Nəsimi insanlığa nə çatdırmaq istəyir?” mövzusunda təqdimatlarla çıxış ediblər.

 

Düşərgə iştirakçıları hər bir mühazirəni maraqla qarşılayıb, panelçilərə çoxsaylı suallar ünvanlayıblar.

Mənbə

Share: