Azərbaycanın şahmat komandası III Avropa Oyunlarında mübarizə aparacaq

Azərbaycanın şahmat komandası III Avropa Oyunlarında mübarizə aparacaq

Polşanın Krakov şəhərində keçiriləcək III Avropa Oyunlarında şahmat yarışları olacaq.

 

Moderator.az Avropa Şahmat İttifaqına istinadən xəbər verir ki, turnir iyunun 19-da baş tutacaq.

 

Qaydalara əsasən, 2 nəfərdən ibarət (1 kişi və 1 qadın) iştirakçı komandalar blitsdə mübarizə aparacaqlar.

 

Azərbaycanla yanaşı daha 7 ölkə yarışa qatılacaq. Yığmalar Beynəlxalq Şahmat Federasiyasının martın 1-də açıqlanan klassik şahmat üzrə reytinqə əsasən seçilir.

 

Reqlamentə görə komandalar dairəvi sistemlə çıxış edəcəklər. İlk dörd yeri tutanlar pley-off mərhələsinə vəsiqə qazanacaqlar.

 

Qeyd edək ki, III Avropa Oyunları 9 – 25 iyunda gerçəkləşəcək.

 

Mənbə

Share: