“Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tam dəstəkləyirik”

İƏT Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tam dəstəkləyir.

Bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə görüşündə deyib.

Hissein Brahim Taha bölgədə sabitliyin bərqərar edilməsi istiqamətində göstərilən səylərin dayanıqlı sülh quruculuğu prosesində əhəmiyyətli rolu olduğunu bildirib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mənbə

Share: