“Azərbaycanla Həştərxan vilayəti arasında ticarət dövriyyəsinin artırılması üçün səyləri birləşdirmək lazımdır”.
Bunu Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Həştərxanda jurnalistlərə deyib.
Onun sözlərinə görə, bugünkü forumda ən mühüm məsələlərdən biri Azərbaycanla Həştərxan vilayəti arasında əməkdaşlığın inkişafı və ticarət dövriyyəsinin artırılması məsələsi olub.
“2022-ci ildə aramızdakı ticarət dövriyyəsi 4 dəfədən çox artıb. Bu, potensialımıza tam uyğun gəlmir, lakin ticarət mübadiləsinin artırılması səylərini dəstəkləsək, o zaman istədiyimiz nəticələrə nail ola və uğur qazana bilərik”, – o bildirib.
S.Ələkbərov vurğulayıb ki, bugünkü müzakirələr zamanı turizm sahəsində əməkdaşlığın təşviqi ilə bağlı çox ciddi təkliflər irəli sürülüb. “Onların həyata keçirilməsi üçün bütün imkanlarımız var. Logistika sahəsində də yüksək nəticələr əldə edə bilərik”, – nazir müavini əlavə edib.
O qeyd edib ki, Rusiyanın regionları ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsində və inkişafında Ümummilli Lider Heydər Əliyevin böyük rolu olub.