Qazaxıstanın Aktau şəhərində Xəzərin dibi ilə çəkilməsi nəzərdə tutulan, Azərbaycan və Qazaxıstanı birləşdirən TransXəzər fiberoptik xəttin çəkilişinin başlanması ilə bağlı mərasim təşkil olunub.
“APA-Economics”in əldə etdiyi məlumata görə, mərasim çərçivəsində layihənin əsas təşəbbüskarı və təşkilatçısı olan “AzerTelecom” şirkəti TransXəzər optik magistralın tikintisi məqsədilə “Transtelecom” və “KazTransCom” şirkətləri ilə müqavilə imzalayıb.
Uzunluğu 400 km olacaq TransXəzər magistralının tikinti işləri 2021-ci ildə başa çatacaq. Avropa və Asiyanı birləşdirəcək fiberoptik rabitə kanalının məlumat ötürmə qabiliyyəti 4-6 Tb/s təşkil edəcək.