İsveç parlamentinin azərbaycanlı deputatı Aylin Fazelian İsveç Sosial Demokrat Partiyasının Mərkəzi Komitəsinin üzvü seçilib.
Bu barədə Milletinsesi.az-a diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.
“Azərbaycan türkünün Partiyanın Mərkəzi Komitəsinə üzv seçilməsi böyük uğurdur. Bu, Aylinin partiyada nüfuzunu göstərir. Aylin İsveçin ictimai-siyasi və sosial-mədəni mühitində fəallığı ilə seçilir”, – E.Eltürk bildirib.
Qeyd edək ki, Aylin əslən Güney Azərbaycandandır. Ailəsi 30 il əvvəl İsveçə köçüb.