Şüvəlan”dan ayrıldıqdan sonra klubsuz qalan Məmməd Quliyev karyerasını Tailandda davam etdirəcək.
Qol.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi 3-cü liqa təmsilçisi “Kamhenqphet” klubuna transfer olub. Onunla 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, M.Quliyev daha öncə “Rəvan” və “Keşlə”də çıxış edib.