Azərbaycanlı futbolçu “Zenit”ə transfer oldu

Kazanın “Rubin” klubunun azərbaycanlı müdafiəçisi Nigar Mirzəliyeva Rusiyanın digər təmsilçisi “Zenit”lə ikiillik müqavilə imzalayıb.

 

Bu barədə Sankt-Peterburq təmsilçisinin rəsmi saytı məlumat yayıb.

 

Qeyd olunur ki, Nigar Mirzəliyeva 28 aprel 2002-ci ildə Mingəçevir (Azərbaycan) şəhərində anadan olub. O, 2012-ci ildə yerli idman bölməsində futbolun sirlərini öyrənməyə başlayıb.

 

Nigar Mirzəliyeva doqquz yaşında olarkən bir neçə ay “Mançester Yunayted”in akademiyasında təlim məşq proqramında iştirak edib.

 

2017-ci ildə Nigar Mirzəliyeva Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Akademiyasında təhsil almağa başlayıb. Eyni zamanda o, Azərbaycanın gənclər yığmasına dəvət alıb.

 

Nigar Mirzəliyeva Azərbaycanın U17, U19 komandalarında oynayıb. 2020-ci ildə əsas milli komandada debüt edib.

 

Mənbə

Share: