“Türkiyə ordusu ilə birgə təlimlərdə iştirak etmək bizim üçün şərəfdir”.
Moderator.az Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi-2023” təlimlərində iştirak edən azərbaycanlı zabit Nicat İsgəndərli deyib.
O, Azərbaycan-Türkiyə qardaşlığının sonsuzadək davam edəcəyinə əminliyini bildirib: “Allah türk ordusunu qorusun”.
Həmçinin Qazaxıstan, Kosovo, Bosniya və Hersoqovinadan olan hərbçilər də təlimlə bağlı fikirlərini bölüşüblər.
Qeyd edək ki, “Qış təlimi-2023” təlimi fevralın 2-də başa çatıb.