Azərbaycanlı məktəbli qız Harvarda qəbul oldu

Bakı-Oksford Məktəbinin şagirdi Ayla Əliyeva dünyanın ən nüfuzlu universitetlərindən biri olan Harvard Universitetinə qəbul olub.

 

Modern.az xəbər verir ki, məktəblinin ABŞ-ın Harvard, Kolumbiya və Braun universitetlərinə etdiyi müraciətlərə müsbət cavab verilib.

 

O, SAT (Scholastic Aptitude Test) imtahanı üzrə 1550, İELTS (International English Language Testing System) üzrə 8,5 bal toplayıb. O, müsbət cavab verən universitetlər arasından Harvardı seçib və burada təhsil alacaq.

 

Qeyd edək ki, 2005-ci il təvəllüdlü A.Əliyeva Bakı-Oksford Məktəbində A-level proqramı üzrə təhsil alır.

 

Məktəbli qızın qardaşı İlham Əliyev də İnşaat mühəndisliyi və ümumi mühəndislik ixtisası üzrə ABŞ-ın bir neçə nüfuzlu universitetindən qəbul qazanıb.

Mənbə

Share: