Azərbaycanlı polis ermənini məğlub etdi, Avropa çempionu oldu

İyunun 7-dən 12-dək Rusiyanın Soçi şəhərində pauerliftinq üzrə Avropa çempionatı keçirilib. Bu yarışda milli komandamız da təcrübəli idmançılarla təmsil olunub.

Bu barədə Milletinsesi.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Milli komandanın tərkibində mütləq çəki dərəcəsində gücünü sınayan Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis baş serjantı Razim Hüseynov üç hərəkətin cəmində 885 kiloqram ağırlığı qaldıraraq yaxın izləyicisi olan erməni rəqibini məğlub edərək turnirin qalibi olub.

Qeyd edək ki, R.Hüseynov pauerliftinq üzrə bir dəfə dünya çempionu və dünya ikincisi, üç dəfə Avropa çempionu və səkkizqat Azərbaycan birincisidir.

Share: