
Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Azərbaycan rəsmiləri ilə Qarabağ erməniləri arasında görüş olduğunu bildirib. “Dünən və ya srağagün Azərbaycan nümayəndəsi ilə Qarabağ nümayəndələri arasında Rusiya kontingentinin komandirinin iştirakı ilə görüş keçirilib. Düşünürəm ki, yaxın vaxtlarda məsələ öz həllini tapacaq”, – deyə Lavrov bildirib.
Maraqlıdır, əgər belə bir görüş baş tutubsa, Qarabağ ermənilərini legitim olaraq kim təmsil edib? Görüşdə Azərbaycan tərəfindən kim iştirak edib? Nələr müzakirə olunub, hansı razılığa gəlinib? Ümumiyyətlə hansı səbəbdən görüş barədə ictimaiyyətə məlumat verilməyib, detallar açıqlanmayıb?
Moderator.az millət vəkili Qüdrət Həsənquliyevə müraciət edərək Lavrovun açıqlamasına aydınlıq gətirməsini xahiş edib:
Qeyd edək ki, Sergey Lavrov bu barədə yanvarın 18-də, 2022-ci ilin yekunlarına dair mətbuat konfransında çıxışı zamanı bildirib. O, görüşün detallarına toxunmayıb.