Azərbaycanlıların saxlanılmasına səbəb göstərilən cinayət…

Azərbaycanlıların saxlanılmasına səbəb göstərilən cinayət…

Azərbaycanlıların saxlanılmasına səbəb göstərilən cinayət işləri üzrə rəsmi Bakıdan hansısa hüquqi yardım istənilməyib.

Millətin Səsi.az xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov iyulun 2-də Baş Prokururluqda Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin açılmasına dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, azərbaycanlıların işgəncəyə məruz qalmasına 2001, 2010 və 2011-ci ildəki hadisələr səbəb göstərilib:

“Söhbət üç cinayət işindən gedir. Həmin hadisələrin heç biri üzrə Azərbaycanın hüquq-mühafizə orqanlarına hər hansı hüquqi yardım üçün müraciət olunmayıb”.

Share: