AZƏRİQAZ- 8 noyabr Zəfər günü və 9 noyabr Dövlət Bayrağı günü Ağstafanı qazsız qoydu!

  1. Şanlı bayram günündə qurum rəhbəri RUSLAN BƏY AĞSTAFAYA NİYƏ ÖGEY MÜNASİBƏT GÖSTƏRDİ?

Səhər saat 10:00- dan bu rayonun ən böyük kəndlərindən biri olan Aşağı Kəsəmən sakinləri mavi yanacağın kəsilməsindən ciddi narazılığını bildirir. Hazırda saat 19:00 -a yaxınlaşır, hələ də burada qaz verilmir abonentlərə!

Hətta 012 104 qaynar xəttinə 2 dəfə zəng edib bildirsək də vəd versələr də hələ də mavi yanacağın buraya verilməsində səbəbsiz və müəmmalı fasilə yaranıb!

Ruslan bəy, Abonent müqavilə şərtlərinin ciddi pozulması , nə bu Zəfər gününə yaraşır , nə də ki “daxili qaydalar”-ınıza!

Qeyd edək ki artıq ikinci gündür ki eyni narazılığdolu hal bu rayonda kütləni narazı mövqedən şikayətlənməyə məcbur edir. Hazırda Rayonda qaz təchizatında bu problem davam edir. Qurumun Qaynar Xətt Sosial şəbəkə və vatsap nömrəsinə 077 310 41 04 mövcud vəziyyəti dəfələrlə yazsam da hələ də aidiyyatı QİS dən bir nəfər vicdanlı nümayəndə zəng edib gəlib bir maraqlanmır! Bəs dərdimizi kimə deyək?

Xəyyam Qurbanlı.

Share: