“Azəriqaz” gücləndirilmiş iş rejimində çalışacaq

Sabahdan Azəriqaz İstehsalat Birliyi yenə gücləndirilmiş iş rejimində çalışacaq.

Milletinsesi.az xəbər verir ki, bunu qurumun Baş direktoru Ruslan Əliyev deyib.

“Bildiyiniz kimi, hava şəraitinin kəskin soyuması gözlənilir. Əslində, biz fevral ayının 17-dən onsuz da bu rejimdə çalışırdıq. Ötən dəfə özünüz də müşahidə etdiniz ki, bəzi qəza hallarını çıxmaqla qaz təchizatında dayandırmalar olmadı. Bu dəfə çalışacayıq ki, ümumiyyətlə belə vəziyyət yaranmasın”, – R. Əliyev bildirib.

Baş direktor qeyd edib ki, o, abonentlərin yanındadır:

“İstənilən vaxt mənə də hər hansı çətin durum barədə məlumat göndərə bilərsiniz”.

 

 

Share: