“Azəriqaz”a şikayətlərin sayı azalıb

 

Bu gün “Azəriqaz” İB-də media nümayəndələri üçün növbəti “Açıq qapı” aksiyası keçirilib.

Milletinsesi.az xəbər verir ki, “Azəriqaz”ın Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov çıxış edərək İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu və SOCAR “Azəriqaz” İB arasında bu həftə imzalanan müqavilənin detalları barədə ətraflı məlumat verib. Şöbə rəisi “Sayğacların müayinəsi laboratoriyası”nın Azərbaycan Metrologiya İnstitutuna ötürülməsi ilə bağlı olan qərarın Birliklə yanaşı, həm də abonentlərin xeyrinə olacağını qeyd edib. Rövşən Məhyəddinov eyni zamanda bu müqavilənin 2024-cü il yanvarın 1-dən qüvvəyə minməsi ilə daxil olan şikayətlərin daha da şəffaf araşdırılaraq azalacığını bildirib.

Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev çıxışında Şikayətlərin araşdırılması şöbəsinə cari ilin 7 ayı ərzində daxil olan müraciətlərin sayını açıqlayıb. Qurum rəsmisi bu rəqəmin 6936 olduğunu qeyd edərək ötən ilin anoloji dövrü ilə müqayisədə 296 müraciət az olduğunu bildirib.

Aksiya daha sonra jurnalistləri maraqlandıran sualların cavablandırılması ilə davam edib.

Mənbə

Share: