SOCAR “Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası aprelin 28-də keçiriləcək.
Moderator.az xəbər verir ki, saat 11:00-da başlayacaq aksiya feysbuk üzərindən canlı yayımlanacaq.
Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.