“Azəriqaz”ın “Açıq mikrofon” aksiyası davam edir

“Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası davam edir.

 

Modern.az xəbər verir ki, növbəti həftə (30.05.2023 və 01-02.06.2023 tarixləri) daha 3 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyası keçiriləcək.

 

Aksiya həftənin 2-ci günü saat 11:00-dan 12:00-dək Xaçmaz rayonunda (Zəfər Parkı), 4-cü günü saat 12:00-dan 13:00-dək Siyəzən rayonunda (Mərkəzi Kitabxananın qarşısı), 5-ci günü saat 11:00-dan 12:00-dək isə Quba rayonunda (Gənclər Parkı) baş tutacaq.

 

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Mənbə

Share: