Azad edilmiş ərazilərdə “Azərişıq” ASC-nin 750-yə yaxın abonenti var.
Bunu “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, abonentlərin bəziləri qeyri-əhali qrupuna daxildir:
“Sevindirici haldır ki, azad edilmiş ərazilərdə əhali qrup abonentlərimiz də var. Ümumilikdə bu ərazilərdə abonentlərimizin olması elektrik təchizatı və sərfiyyatını hesablamağa imkan verir”.