Havaların kəskin soyuyacağı, qar və sulu qar yağacağına dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumatla əlaqədar olaraq Azərişıq ASC gücləndirilmiş iş rejiminə keçib.
Bu barədə Milletinsesi.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, bununla əlaqədar Bakıda və regionlarda növbətçilik sistemi təşkil olunub, ərazilərə əlavə mal-material və maşın-mexanizmlərin cəlb edilməsi ilə bağlı tapşırıq verilib.
“İstehlakçılar elektrik eneri təchizatı ilə əlaqədar qarşılaşdıqları hər hansı problemlə bağlı 24 saat fəaliyyət göstərən və bütün ölkə ərazisini əhatə edən 199 Çağrı Mərkəzi ilə əlaqə saxlasınlar”, – deyə qurum bəyan edib.