Azad edilmiş rayonlarda yeni yaradılmış iş yerlərinin sayı açıqlandı

2023-cü il ərzində işğaldan azad edilmiş rayonlarda 1271 yeni iş yeri açılıb.

 

Milli.Az-ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi əvvəlki illə müqayisədə 59% artıb. Belə ki, 2022-ci ildə işğaldan azad edilmiş rayonlarda 797 yeni iş yerləri yaradılıb.

 

Qeyd edək ki, ötən il ərzində ən çox yeni iş yeri Laçın və Şuşada yaradılıb. Belə ki, hesabat dövründə Laçında 625, Şuşada isə 275 yeni iş yeriləri yaradılıb.

 

Aşağıdakı cədvəldə 2022-ci ildə və 2023-cü ildə yeni yaradılmış iş yerlərinin sayı verilib.

 

 

Azad edilmiş rayonlar 2022-ci il 2023-cü il

 

Ağdam 184 135

Füzuli 154 52

Xocalı 8 6

Xocavənd 100 52

Şuşa 128 275

Cəbrayıl 53 64

Kəlbəcər 49 28

Qubadlı 64 8

Laçın 9 625

Zəngilan 48 26

Mənbə

Share: