Azad Rəhimovun oğlu Ağdamda minaaxtarma əməliyyatları həyata keçirən şirkət təsis edib

Sabiq gənclər və idman naziri Azad Rəhimovun oğlu işğaldan azad olunmuş ərazilərdə minaaxtarma əməliyyatları üzrə fəaliyyət göstərən şirkətdə çalışır.

 

APA xəbər verir ki, Arif Rəhimov Ağdamda minaaxtarma əməliyyatları həyata keçirən “Safe Point” şirkətinin təsisçilərindəndir.

 

Hazırda şirkət Ağdamda bir neçə strateji ərazidə minaaxtarma əməliyyatlarını həyata keçirir.

 

Qeyd edək ki, “Safe Point” şirkəti 2022-ci ildə təsis edilib.

 

Mənbə

Share: