AZAL sərnişinlərə müraciət edib.
“Azərbaycan Hava Yolları” nın mətbuat xidmətindən Milletinsesi.az-a verilən məlumata görə, müraciətdə bildirilir ki, insanların bir yerə sıx toplaşmasının qarşısının alınması məqsədilə Bakıda yerləşən satış ofisləri bağlandığından aviabiletləri yalnız aviaşirkətin rəsmi saytından əldə etmək mümkündür: “www.azal.az rəsmi saytımızdan əldə edilmiş aviabiletlərin qaytarılması / dəyişdirilməsi ilə bağlı müştəri xidmətlərinə[email protected]çt ünvanı vasitəsilə müraciət etməniz xahiş olunur. Aviaşirkətin öz satış ofislərindən əldə edilmiş aviabiletləri isə Heydər Əliyev Beynəlxalq Aeroportu, Terminal 2-nin kassalarında dəyişdirə və ya qaytara bilərsiniz”.