Vladimir Zelenskinin Ukraynada hər hansı seçki keçirməsi ehtimalı azdır və onların baş verməsinin qarşısını almaq üçün fəal işləyir.
Millətin Səsi.az xəbər verir ki, bu fikirləri TASS-a müsahibəsində Ukraynanın keçmiş baş naziri Nikolay Azar deyib.
Azarov qeyd edib ki, “Zelenski heç bir seçki keçirməyəcək, çünki onun üçün seçkilər onun siyasi karyerasının sonu olacaq; bu, tamamilə aydındır. Ona görə də Tramp ona təzyiq etməsə, seçkilərin qarşısını almaq üçün əlindən gələni edəcək.


