Vladimir Zelenski və Avropa liderləri tərəfindən hazırlanan ABŞ-ın Ukrayna üzrə sülh planının yeni variantı ilə bağlı danışıqlar aparmaq qətiyyən mümkün deyil.
Millətin Səsi.az xəbər verir ki, bu barədə Ukraynanın keçmiş baş naziri (2010-2014) Nikolay Azarov TASS-a bildirib.
“Əslində onların Trampa göndərdiyi layihə ilə bağlı danışıqlar aparmaq qətiyyən mümkün deyil, baxmayaraq ki, reaksiyanın necə olacağı barədə heç bir fikrim yoxdur”, – Azarov bildirib. “Ona görə də mən düşünmürəm ki, münaqişə Miladdan əvvəl həll oluna bilər.”
O əlavə edib ki, “ilk növbədə Qərb ölkələri və Zelenskinin tutduğu mövqeyə görə” Milad bayramına qədər münaqişənin həlli şansı yoxdur.
Qeyd edəki ki, Vaşinqton bundan əvvəl Ukraynadakı münaqişənin nizamlanması üçün 28 bəndlik plan təklif etmişdi. Sənəd Kiyev və onun avropalı tərəfdaşları arasında narazılıq yaradıb, onlar ona ciddi şəkildə yenidən baxmağa cəhd ediblər.
Daha sonra Tramp bildirib ki, ilkin plan həm Moskvanın, həm də Kiyevin narahatlığını aradan qaldırmaq üçün yenidən işlənib və yalnız bir neçə mübahisəli məsələ qalıb. ABŞ nümayəndələri Floridada Ukrayna, Moskvada isə Rusiya tərəfi ilə danışıqlar aparıblar.


