Azay Quliyev Berlin telekanalına Qarabağla bağlı müsahibəsində nələri dedi

Milli Məclisin deputatı və Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Azay Quliyev okyabrın 9-da Almaniyanın Berlin televiziyasına müsahibə verib.

Müsahibədə Azay Quliyev ermənilər niyə Qarabağı tərk etdilər, onlar necə və hansı şərtlərlə Qarabağa qayıda bilərlər, Prezident İlham Əliyevin Qranada görüşündən imtina etməsinin səbəbləri, Azərbaycan-Almaniya münasibətlərinin hazırkı vəziyyəti ilə əlaqədar jurnalistin bir sıra suallarını cavablandırıb.
Azay Quliyev “etnik təmizləmə” ilə bağlı irəli sürülən əsassız ittihamları konkret faktlarla yalanlayıb və Azərbaycanın reinteqrasiya planlarının əsas istiqamətləri haqqında alman ictimaiyyətini məlumatlandırıb.

Müsahibəyə bu linkdə baxa bilərsiniz:

Mənbə

Share: