“Azeri Light” markalı neftin qiyməti 4%-ə yaxın bahalaşıb.
Millətin Səsi.az xəbər verir ki, dünya bazarında “Azeri Light” markalı neftin 1 barelinin qiyməti 3,19 ABŞ dolları, yaxud 3,5 % artaraq 94,42 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.