Azyaşlı Kür çayında boğulub öldü 

Azyaşlı Kür çayında boğulub öldü 

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə, Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində 1 nəfər uşağın batması barədə məlumat daxil olub.

 

Modern.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

 

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində meyit tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Mənbə

Share: