Azyaşlılar tərəfindən 2011 uşaq dünyaya gətirilib

Azyaşlılar tərəfindən 2011 uşaq dünyaya gətirilib

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanda ötən il doğulan uşaqların 15 faizi azyaşlı qızlar tərəfindən dünyaya gətirilib. Bu faktların 62 faizi bölgələrin payına düşür. Qanunvericilikdə rəsmi nikah yaşı 18 təyin edilib.

 

Ailə Qadın və Uşaq problemləri üzrə dövlət komitəsinin ailə məsələləri şöbəsinin böyük məsləhətçisi Səmra Əliyeva Moderator.az saytına bildirdi ki, azyaşlıların  nikahdankənar dünyaya gətirdiyi uşaqları çox zaman qeydiyyata salmırlar.

 

“2022-ci il üzrə ölkənin 12 iqtisadi rayonun əhatə edən statistika onu göstərir ki, 18 yaşa kimi qızlar tərəfindən dünyaya gətirilmiş uşaqların sayı 2011 nəfər olmuşdur. Bəlkə də, bu göstərici hələ azdır, çünki biz bilirik ki, bəzi hallarda doğuş evdə baş verir. Uşaqların sənədləri bir neçə il sonra alınır və həmin uşaqların hansı ildə dünyaya gəldiyini biz bir neçə il sonra bilirik.”

 

Bu kimi hallarda məsuliyyətdən yayınmaq üçün azyaşlıları dini nikaha cəlb edirlər. 

 

“Burada din xadimlərinin üzərinə böyük vəzifə və öhdəlik düşür. Qanunvericilikdə də belə bir  məqam var ki, bəzən “Asan xidmət” mərkəzinə və yaxud müvafiq orqana nikaha daxil olmaq üçün müraciət edən şəxslər həmin sənədləri din xadiminə təqdim etməlidirlər. Yalnız bu halda din xadimi həmin vətəndaşların kəbinlərini kəsə bilər. Amma bəzən yerlərdə bu hallara diqqət yetirilmir, uşaq yaşda kəbinləri kəsilir.”

 

Xatırladaq ki, azyaşlının evləndirilməsi qanunla qadağandır. Bu əməli törədənləri 3 min manatdan 4 min manata kimi cərimə və 4 il azadlıqdan məhrum etmə cəzaları gözləyir. 

 

 

Mənbə

Share: