Bəhreyn – Azərbaycan oyununun hakimləri məlum oldu

Bu gün millimizin Bəhreynlə keçiriləcək yoldaşlıq oyununun hakim təyinatları açıqlanıb.

Qol.az xəbər verir ki, matçı omanlı hakimlər briqadası idarə edəcəklər. Görüşün baş hakimi Əhməd Əl-Kafa olacaq. Yan xətdə ona Əbu Bəkr Əl-Omari və Rəşid Əl-Qayti kömək edəcək. Bəhreynli İssa Abdulla isə dördüncü hakim kimi iş başında olacaq.

Qeyd edək ki, Ər-Rifa şəhərindəki Bəhreyn Milli Stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 20:30-da başlayacaq

Share: