Bələdiyyə sədrinin növbəti işçisi komaya düşdü- Masazırda nələr baş verir?

Masazır bələdiyyəsinin qulluqçusu Allahverdiyev Raqib Şamil oğlu bu  gün səhər saatlarında naməlum səbəbdən komaya düşüb.

Milletinsesi.az xəbər verir ki, təcili yardım maşını ilə Mərkəzi Klinikaya aparılan bələdiyyə qulluqçusu  əməliyyat olunmalıdır. Mərkəzi Klinkadan xəstənin vəziyyəti ilə maraqlanmaq istəsək də onlar  bizə, “xəstələrimiz  haqqındakı  məlumatlar bizdə gizli saxlanılır, burda olub-olmamağını  isə qohumlarından soruşun”,- deyə bildirdilər.

Masazırda baş verənlər haqqında; bələdiyyə qulluqçusunun niyə komada olması  və bundan əvvəl də komaya düşüb həyatını itirən,  digər bələdiyyənin vergi  müfəttişinin hansı səbəbdən o hala düşməsini soruşmaq üçün Bələdiyyə qulluqçusu Allahverdiyev Raqib Şamilin özü ilə əlaqə saxladıq.

O bildirdi: “Vaxtı gələndə onun  və mənim niyə görə belə vəziyyətlərə düşməyimiz  haqqında məlumat verəcəm. İndi isə halım o qədər də yaxşı deyil”.

Qeyd edək ki,   7 mart 2018-cil tarixində bələdiyyə sədri Siyanfər Əliyev tərəfindən öldürüldüyü iddia edilən Ülfət Xansuvar oğlu Hüseynov da Masazır Bələdiyyəsində  komaya düşmüşdü və o, Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müalicə alsa da onun həyatını qurtarmaq mümkün  olmayıb. 

 

Share: