Bəlkə də artıq hərbi xidmətə ehtiyacımız yoxdur

Bəlkə də artıq hərbi xidmətə ehtiyacımız yoxdur

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov icbari hərbi xidmətin ləğvi barədə danışıb.

 

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, o, ölkəsinin bəlkə də artıq hərbi xidmətə ehtiyacı olmadığını və bunun əvəzinə illik təlimlər keçirilməsini məqsədəuyğun hesab etdiyini bildirib.

 

“Ola bilsin ki, artıq hərbi xidmətə ehtiyacımız yoxdur. Amma hər bir gənc 18 yaşında xüsusi hazırlıq kurslarına başlamalıdır. Tibb, atıcılıq, koordinasiya və digər məsələlərdən söhbət gedir. Sonra kim istəsə, oxuyur və hərbi karyerasını davam etdirir”, – deyə nazir söyləyib.

 

O, hər kəsin odlu silahdan istifadə qaydalarını bilməsinin vacib olduğunu, atıcılıq dərnəklərinə getmək mədəniyyətinin formalaşmalı olduğunu və odlu silahın əhali üçün leqallaşdırılmasının tərəfdarı olduğunu ifadə edib.

 

“Biz islahatı başa çatdırmalıyıq və əhalinin odlu silahları – əlbəttə ki, yoxlamalardan keçməklə – rəsmi qeydiyyata alınmalıdır”, – Reznikov əlavə edib.

Mənbə

Share: