Bərzəx aləmi ilə bağlı olan mövzulardan biri də Bərəhutdur. O, da Vadius-səlam kimidir, ancaq bir fərqlə ki, kafirlərin, müşriklərin, münafiqlərin … yeridir.
Əmirəl-möminin (ə) buyurur: “Yer üzərində ən pis su – o sudur ki, Bərəhutdadır. O, Həzərmut səhrasında yerləşir. Kafirlərin ruhlarını ora aparırlar”.
Həzrət Peyğəmbər (s) buyurur: “Yer üzərində ən yaxşı su – Zəmzəm və ən pis su – Bərəhut suyudur ki, Həzərmut səhrasında yerləşir. Kafirlərin ruhları, misal bədənləri ilə ora köçürülərlər”.
İmam Sadiq (ə) buyurur: “Yəmənin arxa tərəfində bir səhra vardır ki, ona Həzərmut vadisi deyirlər. O səhrada heyvanlardan qara ilandan və bayquşdan başqa canlı mövcud deyildir. Bu səhrada quyu vardır ki, ona Bəlhut deyirlər. Bu səhra – müşriklərin ruhlarının sakin olduğu yerdir. Onlar həmin quyuya gedib-gəlirlər. Çirk və qan kimi olan o sudan içirlər”.
Bu hədislərdən belə nəticəyə gəlmək olur ki, Bərəhut elə bu dünyada yerləşir. Ora elə bir yerdir ki, ən pis suyu və zəhərli heyvanları vardır. Bərəhut Yəməndə yerləşir və bu elə səhradır ki, quru qumlardan ibarətdir. Kafirlər öləndən sonra ora aparılarlar. Gecələri xüsusi məkanlarda atəşdə olar, gündüzləri isə bu səhrada gəzərlər.
Allah Təala bizləri bu məkanın sakinlərindən qərar verməsin!
Milli.Az