Bərdədə arvadını güllələyərək öldürən şəxsin məhkəməsi başlayır

Bərdə rayonunda arvadını öldürməkdə təqsirləndirilən Təbriz Orucovun cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.

Milletinsesi.az-ın əldə etdiyi məlumata görə, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi Nural Əliyevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclası sentyabrın 8-nə təyin edilib.

Qeyd edək ki, bu il mayın 25-i saat 09 radələrində Bərdə rayonu, Hacallı kənd sakini 1995-ci il təvəllüdlü Xasa Orucovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri, 1996-cı il təvəllüdlü Təbriz Orucovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Xasa Orucovaya ov tüfəngindən atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Təbriz Orucov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Mənbə

Share: