Bərdədə karantini pozanlar cərimələndi

Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində karantin qaydalarını pozaraq Ağcabədi rayonundan Bərdə rayonunun ərazisinə keçən şəxslər aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Milletinsesi.az-a verilən məlumata görə, polis əməkdaşlarının bu istiqamətdə keçirdiyi tədbirlər nəticəsində Ağcabədi rayon sakini S.Səfərov idarə etdiyi avtomaşınla kənd yolları ilə Bərdə rayonu ərazisinə keçərkən sərnişinləri – M.Quliyev və İ.Heydərovla ilə birgə saxlanılıb.

Saxlanılan hər üç şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlara ciddi xəbərdarlıq edilib.

Share: