Bərdədə Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Bərdədə Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Bərdə rayonunda Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

 

Moderator.az xəbər verir ki, rayonun “Qəhrəmanlar Parkı”nda rəmzi məşəl kompleksi önündə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, aparatın məsul işçiləri, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, rayonun digər idarə, müəssisə və təşkilatlarının rəhbərləri və fəalları, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

 

Tədbirdə Xocalı faciəsi qurbanlarının və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, Xocalı qurbanlarının xatirəsinə rəmzi məşəl önünə tər gül dəstələri düzülüb.

 

Xocalı soyqırımında, eyni zamanda torpaqlarımızın ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi uğrunda şəhid olmuş bütün şəhidlərimizə Allahdan rəhmət dilənib.

Mənbə

Share: