Bəşər Əsədin əmisi oğlu saxlanıldı

Bəşər Əsədin əmisi oğlu saxlanıldı

Suriyanın yeni hakimiyyəti ölkənin sabiq prezidenti Bəşər Əsədin əmisi oğlu Vasim Əsədi saxlayıb.

Millətin Səsi.az xəbər verir ki, bu barədə Suriya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin açıqlamasında bildirilib.

“Suriya kəşfiyyat və Daxili İşlər Nazirliyinin əməkdaşları Vasim Əsədi ələ keçirə biliblər. O, Suriyada ən tanınmış narkotik ticarətçilərindən biri sayılır və keçmiş hakimiyyətin cinayətlərində iştirak edib”, – bəyanatda qeyd olunub.

Bildirilib ki, sabiq prezidentin qohumu Livan sərhədinə yaxın ərazidə saxlanılıb.

Share: