Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Eyyubov prezident seçkisində səsvermə hüququndan istifadə edib.
Bəylər Eyyubov Şuşadakı seçki məntəqəsində səs verib.
Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkisi keçirilir. Prezident seçkisində 7 nəfərin namizədliyi qeydə alınıb.
Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. Onlar ölkə üzrə 6537 məntəqədə səs verəcəklər.
Seçkini izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə alınıb. Onların 790 nəfəri 72 beynəlxalq təşkilatı təmsil edən müşahidəçilərdir. Bu müşahidəçilər 89 ölkədəndir.
Seçki bütün Azərbaycan ərazisini, o cümlədən, işğaldan azad edilmiş əraziləri əhatə edir. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.