Abşeron rayonu Qobu və Masazır qəsəbələri, At-yalı yaşayış sahəsi, Xırdalan şəhəri Quşçuluq yaşayış massivi və Binəqədi rayonu 28 May qəsəbəsində dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatı ilə əlaqədar olaraq 10/6/0.4 kv-luq EVX-ləri, TM, KTM-lərdə yenidənqurma işləri davam etdirilir.
“Azərişıq” ASC-nin Mətbuat xidmətindən verilən məlumata görə, bununla əlaqədar olaraq 10.12.2019-cu il tarixindən adıçəkilən ərazilərdə elektrik enerjisi təchizatında qısamüddətli növbəli fasilələr yaranacaq.