Bəzi bölgələrə qar yağıb – FAKTİKİ HAVA

Ölkədə müşahidə olunana faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Milletinsesi.az-a bildirilib ki, yanvarın 20-si saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti yağıntılı olub, bəzi yerlərdə qar yağıb.

Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 43, İsmayıllıda 23, Daşkəsəndə 22, Kişçayda (Şəki) 20, Gədəbəydə 18, Xınalıq, Şərurda 17, Altıağacda 16, Göygöl, Qəbələ, Ağdərədə 15, Xaltanda 12, Sədərəkdə 10, Qrız, Naxçıvanda 8, Yardımlıda 7, Salyan, Şahbuzda 6, Biləsuvarda 4, Mərəzədə 3, Oğuz, Şəki, Şahdağ, Qusarda 2, Göytəpə, Qubada 1 sm olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında: Bakıda 9, Maştağada 6, Pirallahıda 3, Çilov adası, Sumqayıtda 2, Neft Daşlarında 1; Lənkəran-Astara zonasında: Lənkəranda 18, Biləsuvarda 14, Astarada 11, Lerikdə 7, Neftçala, Yardımlıda 6;

Naxçıvan MR-da: Şərurda 16, Ağdərədə (Ordubad) 12, Şahbuzda 6, Naxçıvan, Ordubadda 4, Sədərəkdə 3; Kiçik Qafqaz zonasında: Daşkəsəndə 18, Gədəbəydə 14, Göygöldə 11;

Böyük Qafqaz zonasında: Qəbələdə 15, Sarıbaşda (Qax) 9, Altıağacda 7, Kişçayda (Şəki) 6, Mərəzə, Xaltanda 5, Oğuzda 4, İsmayıllıda 3, Şəki, Quba, Şahdağ, Qrızda 2, Şabran, Nabran, Zaqatala, Şamaxı, Xaçmaz, Qusarda 1; Mərkəzi-Aran zonasında: Salyan, Göyçayda 12, Cəfərxan, Beyləqanda 8, İmişli, Qazıməmməddə 7, Sabirabad, Kürdəmirdə 6, Zərdab, Tərtərdə 3, Mingəçevir, Yevlaxda 1; Qazax-Gəncə zonasında: Naftalan, Gəncə, Ağdamda 2, Şəmkir, Ağstafada 1 mm olub.

Sumqayıt, Naxçıvan, Daşkəsən, Naftalan, Şəmkir, Qəbələ, Şamaxı, Mərəzə, Quba, Qusar, Qrız, Lerik, Göyçay, Sarıbaş (Qax), Kişçayda (Şəki) duman müşahidə olunub.

Qərb küləyi arabir Neftçalada 25 m/s, Naftalanda 24 m/s, Tərtərdə 23 m/s, Gəncədə 20 m/s, Yardımlı, Culfa, Salyanda 16 m/s olub. Bakıda və Abşeron yarımadasında: Pirallahıda 16 m/s, Sumqayıt, Qum adası, Neft Daşlarında 15 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2.7 metrə çatıb.

Havanın temperaturu iqlim normasından 5.5 dərəcə aşağı olub, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək isti, aran rayonlarında 0-3 dərəcə isti, dağlıq rayonlarda 7-12 dərəcə şaxta, Naxçıvan MR-da 2-9 dərəcə şaxta olub.

Share: