“Bəzi böyük buzlaqlar 2050-ci ilə qədər yox olacaq”

Dünyanın ən böyük buzlaqlardan bəziləri 2050-ci ilə qədər yox olacaq.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə UNESCO məlumat yayıb.

İtaliya, ABŞ və Tanzaniyadakı bəzi buzlaqların qlobal istiləşmə səbəbindən 2050-ci ilə qədər yox olacağı gözlənilir.

UNESCO məlumat verib ki, təşkilat 18 600-ə yaxın buzlağı izləyir və 2050-ci ilə qədər onların üçdə biri yox olacaq.

Mənbə

Share: