Bəzi gömrük işçilərinin rütbələri artırıldı

Dövlət Gömrük Komitəsində bir neçə nəfərə növbəti xüsusi rütbə vaxtından əvvəl verilib.

Millətin Səsi.az Unikal.az-a istinadən xəbər verir ki, bununla bağlı DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, aşağıdakı şəxslərin rütbəsi artırılıb:

Aslanov İsmayıl Bahadir oğlu (Maliyyə və Təchizat İdarəsi, İdarə rəisi)

Növbəti rütbə: Gömrük xidməti polkovniki.

Bağırov İlkin Mahmud oğlu (Əməliyyat – İstintaq Baş İdarəsi/İstintaq idarəsi, İdarə rəisinin müavini)

Növbəti rütbə: Gömrük xidməti polkovniki.

Məmmədov Elvin Əli oğlu (Katiblik, Katibliyin rəisi)

Növbəti rütbə: Gömrük xidməti polkovniki.

Camalov İlqar Elmar oğlu (Əməliyyat – İstintaq Baş İdarəsi/Əməliyyat İdarəsi/Rəqəmsal ticarət araşdırmaları şöbəsi, Şöbə rəisi)

Növbəti rütbə: Gömrük xidməti polkovnik-leytenantı.

Share: