Babək 20 ildən çox mübarizə apardı, İlham Əliyev isə…

Azərbaycan Ordusunun İlham Əliyevin komandanlığı altında işğalda olan torpaqları azad edilməsini niyə hələ də həzm edə bilməyənlər var? Kəndlər boşalır, işsizlik var, rüşvət var, talan var, qohumbazlıq var, amma bunlar tarixi həqiqəti inkar edə bilməzki!! Paşinyanın Şuşada yallı getməsini hamımız izləmişdik.. Hansı hislər keçirmişdik? Paşinyanın az qala “kişi deyilsiz, gəlin torpaqlarınızı alın” deməyi qalmışdı. Laçının, Kəlbəcərin mənzərəli yerlərində erməni dığalarının gəzməsini, poz verməsini görəndə sızlamırdıqmı?

İndi həmin ərazilərdə gəzən İlham Əliyevdi ee, Mehriban xanımla səmimi pozalar verir.. Azərbaycanımızın Prezidentidi..

Rasim Balayev də onu deyir; Mən Babəki sizin kimi oynaya bilmədim. Babək 20 ildən çox mübarizə apardı, amma məğlub oldu. Siz isə iki iyirmi günə torpaqları işğaldan azad etdiniz, tam qalib sərkərdə kimi Azərbaycanın bütövlüyü uğrunda mübarizə aparırsınız!

“Azad Söz”ün jurnalisti sual verir ki, niyə insanların ac olduğunu demədiz? Hamı onu alqışladı. Hər kəs özünü öz prizmasından qəhrəman sayır.
Səhər saat doqquzdan axşama kimi çayxanada nərd çırpıb, domino oynayıb, axşam da evə gedib arvad çörəyi yeyərək höküməti tənqid etməyə nə varki.. O hökümət ki Putin kimi yırtıcını neytralda saxladı, hərəkətə gələn fars ordusunu geri oturtdu, hər fürsətdə diş qıcıyan Fransanı susdurdu. Deyəcəksiz, Ərdoğan elədi. İndiyə kimi niyə olmurdu?

Mən iki ayda iki dəfə əməliyyat olunmuşam, işləmirəm. İki aydır evi 19 yaşlı oğlum dolandırır. Yəqin, “tiktok”da monitor satışını reklam edəndə görmüsünüz. 630 balla ali məktəbə qəbul olub. Onun tayları dənizdə, parklarda, rayonlarda gəzərkən, o 40 dərəcə temperaturda Maşın bazarında köhnə dəmirlə tikilmiş dükanda tərin içində ailəsinə dayaq durub. Evini dolandırır. Müəllimləri gələndə utandığından qaçıb gizlənir.

İşləyən, əziyyət çəkən heç kim acından ölməyib. Bəsdirin, qarın davası etdiniz!! Nankor olmayın!

Talıb Əhədov

Share: