Babasil və düz bağırsaq xərçənginin bəzi simptomları biri birinə bənzəyir – anus nahiyəsində diskomfort, göynəmə, qaşınma, anusda yad cisminin olması hissi.
Bu səbəbdən bəzən insan uzun müddət ərzində xərçəngdən deyil, babasildən əziyyət çəkdiyini düşünur. Nəticədə qiymətli vaxt itkisi baş verir, xəstəlik ağırlaşır.
Tanınmış rusiyalı həkim-proktoloq Yelena Smirnova bu 2 xəstəliyin fərqi haqqında danışıb.
Saglamolun.az medikforum.ru-ya istinadən bildirir ki, bağırsaq xəsçəngi də babasil kimi anusdan çıxa, qəbizlik və qanaxmaya səbəb ola bilər. Lakin qanaxma hər 2 halda müxtəlif olur. Babasil zamanı qan alqırmızı, xərçəng zamanı isə tünd olur.
Bundan əlavə xərçəng şişi bağırsağı daraldır və nəcis nazik “karandaş kimi” olur. Babasil zamanı bu baş vermir.
Digər fərqlər arasında:
– Daxili babasil zamanı ağrı olmur, xərçəng isə gecikmiş mərhələlərdə ağrıya səbəb olur. Ağrı qarın, bel və aralıq nahiyəsinsə hiss olunur.
– Babasil səbəbindən inkişaf etmiş qəbizlik işlədici dərmanlarla müalicə olunur, xərçəngə görə inkişaf etmiş qəbizlik isə yox.
– Xərçəng zamanı insanın ümumi vəziyyəti pisləşir. Babasil zamanı bu baş vermir və ya çox nadir hallarda irinli fəsadlar inkişaf etdikdə baş verə bilər.