Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi bağçalarda loqopedik xidmətin təşkilini təmin edəcək.
Millətin Səsi.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Əsasnaməsi”ndə əksini tapıb.
Əsasnaməyə əsasən, Agentliyin aşağıdakı vəzifələri var:
– təhsil müəssisələrində sağlamlıq imkanları məhdud şəxslərə tədris prosesində müvafiq şərait yaradılmasının təşkilinə nəzarət etmək;
– rayon, şəhər psixoloji-tibbi-pedaqoji komissiyalarını yaratmaq və onların fəaliyyətini təşkil etmək;
– sağlamlıq imkanları məhdud şəxslərə tədris prosesində zəruri köməkçi xidmətin təşkilinə nəzarəti təmin etmək;
– nitq pozuntusu olan təhsilalanlara kömək məqsədilə loqopedik xidmətin təşkilini təmin etmək.