Türkiyədə seçkilərə yaxınlaşdıqca siyasi proseslər gərginləşir.
Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) “Cümhur İttifaqı”ndakı müttəfiqi olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı da partiyasının parlament fraksiyasının iclasındakı çıxışı zamanı seçkilərdən danışıb.
“Önümüzdəki bahar mövsümü eyni zamanda seçki mövsümüdür. Nə siz məşğul olun, nə də millətimizi məşğul edin. Anlaşılan odur ki, siz bu yükün altından qalxa bilməyəcəksiniz. Hamılıqla prezidentimiz Rəcəb Tayyib Ərdoğan ətrafında tək yumruq olaq. Ona sahiblənək. Yeni səhifə açaq”, – deyə Bağçalı müxalifətdəki “Altılı Masa”ya səslənib.
O, seçki prosesinə bu gündən start verildiyini elan edib.
Qeyd edək ki, “Altılı Masa” hələ prezidentliyə namizədini açıqlamayıb.